Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədovla Fazil Mustafa arasında qalmaqal olub.
"Qafqazinfo" xəbər verir ki, İnzibati Xətalar Məcəlləsində dəyişikliklə bağlı müzakirə zamanı Fazil Mustafa ona gec söz verilməsi ilə bağlı şikayətlənib:
“Mən nə vaxt çıxış üçün adımı yazdırıramsa, siyahıya adını yazdıran deputatların sayı çox olur. Amma mən adımı yazdırmayanda söz istəyən olmur".
Fazil Mustafanın fikirlərinə spiker Oqtay Əsədovdan cavab gecikməyib. Spiker deyib ki, Fazil Mustafa görünür, özünüzdən çox razısınız:
"Xahiş edirəm, digər deputatları təhqir etməyin".
Daha sonra Fazil Mustafa spikerə cavab verib:
"Yəqin ki, bizim sözümüz olur ki, adımızı çıxış üçün yazdırırıq. Mən zarafat edirdim və kimisə təhqir etmək niyyətim yox idi".
Spiker Oqtay Əsədovun isə deputata növbəti cavabı sərt olub: “Fazil bəy, bura Milli Məclisdir. Zarafat yeri deyil. Həm də mənim sizinlə heç bir zarafatım yoxdur. Danışığınıza diqqət edin” .
şərh yaz


Şərhlər