Menu

Malayziya yoxa çıxan təyyarənin sərnişinlərini ölmüş hesab edir

29.01.2015, 16:39
Malayziya yoxa çıxan təyyarənin sərnişinlərini ölmüş hesab edir

Malayziya hökuməti rəsmən bəyan edib ki, Malayziya MH370 təyyarəsinin yoxa çıxması bəxbəxt hadisə nəticəsində baş verib və ondan sağ çıxan olmayıb.

Martın 8-də Pekin şəhərinə uçan təyyarədən heç bir qalıq tapılmayıb.

Rəsmilər deyiblər ki, təyyarə üçün axtarış əməliyyatı hələ də davam edir lakin təyyarədə olan 239 adam ölmüş hesab edilir.

Şimali Hind Okeanında təyyarə üçün irimiqyaslı beynəlxalq axtarış aparılsa da, təyyarənin harada olduğu hələ də bilinmir.

Gözlənilir ki, cümə axşamı edilən bəyanat qurbanların qohumlarına kompensasiyanın ödənilməsinə şərait yaradacaq. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol