AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar artaraq 44,50 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,55 dollar azalaraq 48,78 dollar olub.
Yanvarın 29-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 50,14 dollara satılıb. Bu barədə fins.az-a Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib. Məlumata görə, bu, yanvarın 28-də qeydə alınmış qiymətdən 0,57 dollar azdır. Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər