Menu

Nüşabə Ələsgərlini hava limanında soydular

30.01.2015, 17:20
Nüşabə Ələsgərlini hava limanında soydular

Əməkdar artist Nüşabə Ələsgərlinin başına iş gəlib. Sənətçinin xaricdən aldığı telefonlar elə hava limanındaca oğurlanıb. Publika.az-ın məlumatına görə, bu xoşagəlməz hadisə xanım müğənninin başına Belçikada gəlib: “Belçikada konsertdən qayıdırdıq. Hava limanında ansamblın uşaqları dedilər ki, hələ vaxta var, gəlin çıxıb bir az gəzək. Onların sözünə baxmasaydım, bu iş də başıma gəlməzdi. Qayıdanda gördük ki, təyyarə artıq havaya qalxıb. Təsəvvür edin, evdə də hamı bizi gözləyir, qarşılamaq üçün hava limanına gediblər. Bu, cəhənnəm, xaricdən qızıma və oğluma bir neçə telefon almışdım, onları da tapa bilmədim. Oğurlanmışdı. Təzədən ora-bura qaçıb, biletlərimizi yeniləyib Bakıya qayıtdıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol