Menu

İŞİD-in atdığı raketlərin sirri

31.01.2015, 11:43
İŞİD-in atdığı raketlərin sirri

İŞİD Kobanidən çıxarıldıqdan sonra təşkilatla bağlı bir müəmma ortaya çıxıb.

Musavat.com-un məlumatına görə, izlər diqqətlə müşahidə edilib. Məlum olub ki, İŞİD-dən qalan raketlərin üstündən hansı ölkəyə aid olduğu və nömrə tamamən silinib. Mütəxəssis olmadığı üçün isə araşdırmalar olduqca ləng gedir.

Kobanini yenidən işğal etmək istəyən İŞİD-çilər Türkiyə sərhədində yerləşən Zorovaya sığınıb. Kobani ətrafında isə kürdlərlə İŞİD-in qarşıdurması davam edir. Peşmərgə İŞİD-in yerlərini müntəzəm top atəşinə tutur.

Kobaninin mərkəzində bəzi binalardan isə cəsəd qoxuları gəlməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol