Asiya kubokunun qalibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, həlledici görüşdə Cənubi Koreya və Avstraliya yığmaları üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir dəfə fərqlənən Avstraliya turnirin qalibi olub.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə İraqa 3:2 hesabı ilə qalib gələn Birləşmiş Ərəb Əmirlikləri yığması turnirin bürünc medallarına sahib çıxıb.
31 yanvar
Asiya kuboku, final
Cənubi Koreya - Avstraliya - 1:2
Qollar: Luonqo, 45 (0:1), Son Heunq-Min, 90+1 (1:1), Troisi, 105 (1:2)


Şərhlər