“Reuters”in xəbərində deyilir ki, İŞİD-ın kimyəvi silahlar üzrə mütəxəssisi ötən həftə Mosulda öldürülüb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı bəyanat verib.
Bəyanatda bildirilir ki, Əbu Malik yanvarın 24-də öldürülüb. O, Səddam Hüseyn zamanında kimyəvi silah üzrə mühəndis kimi çalışıb. İraq diktatoru Səddam devrildikdən sonra o, 2005-ci ildə “əl-Qaidə”yə qoşulub. Bir müddət əvvəl isə o, İŞİD sıralarında göründü. Onun İŞİD sıralarında olması bu terrorçu təşkilata kimyəvi silahlardan istifadə etmək üçün geniş imkanlar yaratmışdı.
“Onun ölümü ilə İŞİD-ın kimyəvi silahlarla bağlı imkanları sıradan çıxmış hesab oluna bilər. Daha bu təşkilatın günahsız insanlara qarşı kimyəvi silahdan istifadəsi az inandırıcıdır”, ABŞ Mərkəzi Komandanlığının bəyanatı belə bir fikirlə tamamlanır.


Şərhlər