ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Moskvaya təzyiqləri, Kiyevə isə dəstəyi gücləndirəcəyini bəyan edib. Musavat.com-un məlumatına bunu Amerika lideri CNN-ə müsahibəsində bildirib.
“Biz belə ikitərəfli kursu davam etdirəcəyik – Rusiyaya daha çox təzyiq edəcək, Ukraynanı daha güclü müdafiə edəcəyik. Putinə anladacağıq ki, bu yoldan geri dönmək və situasiyanı diplomatik üsullarla düzəltmək hələ ki, mümkündür” – deyib Ağ Ev başçısı.
Bununla belə, Obama onu da etiraf edib ki, indiki məqamda Rusiyanın Ukraynaya münasibətdə öz kursunu dəyişəcəyinə inanmır.


Şərhlər