Menu

Neft ucuzlaşmaqda davam edir

02.02.2015, 16:10

WTI-crude-oil neft abs usaAzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,34 dollar azalaraq 46,90 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,37 dollar azalaraq 51,62 dollar olub.

Yanvarın 30-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 50,89 dollara satılıb. Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, bu, yanvarın 29-da qeydə alınmış qiymətdən 0,75 dollar çoxdur. Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol