“Standard & Poor`s” – beynəlxalq reytinq agentliyi 2016-2018-ci illərdə Azərbaycanda iqtisadi inkişafla bağlı proqnozlarını açıqlayıb. Fins.az-ın məlumatına görə, agentlik bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,9% artacağı gözlənilir. Xatırladaq ki, 2014-cü ildə ölkədə iqtisadi artım 2,8% olub.
“Standard & Poor`s”un proqnozlarına görə, iqtisadi artım dinamikası 2016-cı ildən bərpa olunacaq. Həmin il ÜDM artımı 2,6%, 2017-ci ildə 2,9%, 2018-ci ildə isə 3,5% olacaq. ÜDM-in nominal dəyərinin isə 2015-ci ildə 64 milyard dollar, 2016-cı ildə 71 milyard dollar, 2017-ci ildə 80 milyard dollar, 2018-ci ildə isə 85 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, agentliyi iqtisadi artımla bağlı gözləntiləri Azərbaycan hökumətinin rəsmi proqnozlarından fərqlənir. Belə ki, Azərbaycan hökuməti bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 4,4% artacağını gözləyir. Hökumətin proqnozlarına görə, iqtisadi artım tempi 2016-cı ildə 5,3%, 2017-ci ildə 4,1%, 2018-ci ildə isə 5,7% olacaq. Bu proqnozlar Azərbaycan neftinin orta qiymətinin hər barrel üçün 90 dollar olması şərti ilə hazırlanıb.
|
Azərbaycanda iqtisadi artım proqnozları |
2015 |
2016 |
2017 |
2018 |
|
Azərbaycan hökuməti |
4,4% |
5,3% |
4,1% |
5,7% |
|
“Standard & Poor`s” |
1,9% |
2,6% |
2,9% |
3,5% |
Agentliklə hökumətin inflyasiya proqnozları da fərqlənir. “Standard & Poor`s”un məlumatına görə, 2015-ci ildə Azərbaycanda inflyasiya 1%, 2016-cı ildə 2%, 2017-ci ildə 2,5%, 2018-ci ildə 3% olacaq. Hökumət isə qiymət artımının fərqli olacağını gözləyir - 2015-ci ildə 2,3%, 2016-cı ildə 2,5%, 2017-ci ildə 2,2%, 2018-ci ildə isə 2,1%. Qeyd edək ki, 2014-cü ildə illik inflyasiya 1,4% təşkil edib.
|
Azərbaycanda inflyasiya proqnozları |
2015 |
2016 |
2017 |
2018 |
|
Azərbaycan hökuməti |
2,3% |
2,5% |
2,2% |
2,1% |
|
“Standard & Poor`s” |
1,0% |
2,0% |
2,5% |
3,0% |

Şərhlər