Pakistan nüvə və adi başlıqlar daşıya bilən kiçik mənzilli raketin sınağını keçirib.
Pakistan ordusunun fevralın 2-də yaydığı məlumata görə, qanadlı raket 350 kilometrik məsafəni vura bilir və bu cür raketlər cəmi bir neçə ölkədə var. Bundan 2 gün əvvəl qonşu Hindistan uzaq mənzilli balistik raketin sınağını keçirib. Pakistanla Hindistan indiyədək mübahisəli Kəşmir əyalətinə görə 2 dəfə müharibə ediblər.


Şərhlər