«Türkiyə prezidentinin qızı Süməyyə Ərdoğanın iyunda ümumi seçkilərdə namizədliyini verəcəyi barədə söz yayılıbsa, deməli, bir sıra məmurların adları da çəkilə bilər». Bunu «Hurriyet Daily News» yazır.
«Süməyyə Ərdoğanın deputat olacağı real görünür, ancaq məlumatlara görə, hələlik ailəsi qərarını verməyib. Bu seçkidən sonra hakim AK Partiyasında hicablı deputat qadınların sayı artacaq. Namizədliyini verməyi planlaşdıran 60 qadının yarısı örtüklüdür», - yazıda oxuyuruq.
Seçki təqviminə görə, seçkiyə getmək istəyən məmurlar fevralın 10-dək istefa verməlidirlər. Maliyyə nazirinin köməkçisi Naci Ağbal, «Türk Hava Yolları» icraiyyə komitəsinin rəhbəri Hamdi Topçu-nun istefası gözlənir. Ərdoğanın çıxışlarının mətnini yazan Aydın Ünal ilk istefa verəndir. Baş müşavir Yiğit Bulut-un siyasətə girməsi mübahisəlidir və partiya daxilində onun namizədliyinə ciddi müqavimət var.
Korrupsiya qalmaqalında adı çəkilən keçmiş dörd nazirin namizədliyi verilməyəcək. Egemen Bağışa partiyadaxili qadağa qoyulub. Zafer Çağlayan siyasətdən gedəcəyini deyib. Digər ikisi isə partiyanın mövqeyini bildiyindən namizədliyini verməyəcək ("Azadlıq.org").


Şərhlər