Menu

3 yüksək rütbəli keçmiş polis zabiti həbs edildi

02.02.2015, 15:57
3 yüksək rütbəli keçmiş polis zabiti həbs edildi

Kriminal polisin keçmiş rəis müavini İrakli Pirtsxalava və daha iki keçmiş polis zabiti fevralın 2-də Baş Prokurorluqda ifadə veriblər.

Onlar Zurab Vazagaşvilinin qətlində şübhəli bilinirlər. Zurab 2006-cı ildə Tbilisidə Polisin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. Polislərin cəzalandırılmasını tələb edən atası Yuri Vazagaşvili isə yanvarın 20-də oğlunun məzarını ziyarət edərkən törədilən partlayışda ölüb.

Bu işlə bağlı ümumilikdı 11 nəfər saxlanıb. Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze bu işdə mənvəi cavabdehliyə görə yanvarın 23-də istefa verib ("Azadlıq.org").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol