Menu

BMT: 2014-cü il meteoroloji müşahidələr tarixində ən isti il olub

02.02.2015, 12:13
BMT: 2014-cü il meteoroloji müşahidələr tarixində ən isti il olub

2014-cü il meteoroloji müşahidələr tarixində ən isti il olub.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin İqlim Agentliyinin hesabatında deyilir. Bildirilir ki, qlobal temperatur orta uzunmüddətli göstəricidən (14°C) 0,57 dərəcə artıq olub.

Qeyd edək ki, əsas kimi 1961-1990-cı illərdə aparılan müşahidələrin nəticələri götürülüb. BMT-nin İqlim Agentliyinin rəhbəri Mişel Jarro bildirib ki, 15 ən isti ildən 14-ü XXI əsrdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol