Menu

“Ermənistan öncə Azərbaycanla barışmalıdır” - Bülənt Arınc

02.02.2015, 20:20
“Ermənistan öncə Azərbaycanla barışmalıdır” - Bülənt Arınc

“Ermənistanın 1915-ci il hadisələrinə görə öz mövqeyini dəyişmək istəməməsi üzündən biz erməni-türk münasibətlərinin yeni axara düşəcəyinə ümidli deyilik”. Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Bülənt Arınc uydurma soyqırımın yaxınlaşan 100 illiyi ilə bağlı deyib.

“Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üçün Ermənistan öncə Türkiyə üçün qardaş ölkə olan Azərbaycanla münasibətləri normallaşdırmalıdır”, - deyə baş nazir müavini qeyd edib.

Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədləri 1993-cü ildən – Kəlbəcərin işğalından sonra bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol