Menu

ABŞ Dövlət Departamenti təkzib etdi

02.02.2015, 23:37
ABŞ Dövlət Departamenti təkzib etdi

ABŞ tərəfindən Ukraynaya silah təchizatı ilə bağlı qərar qəbul olunmayıb. APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bunu ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki bəyan edib.

“Bu məsələ müzakirə edilməkdədir, lakin qərar hələ ki verilməyib. Biz vəziyyəti qiymətləndirməkdə davam edirik”, deyə C.Psaki bildirib.

Bundan əvvəl ABŞ-ın Ukraynanı silahla təchiz etməsi barədə məlumatlar yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol