Türkiyəli pilotlar NATO-ya üzv olan ölkələrin pilotlarına təlim keçəcək.
Bu məqsədlə İzmirdəki Çiğli 2-ci Əsas Qırıcı Bazası Komandirliyində çoxmillətli uçuş təlim mərkəzi yaradılacaq.
NATO-ya üzv ölkələrin pilotlarına da hərbi təlimlərin həmin hərbi hissədə keçiləcəyi bildirilir.
Son illərdə böyük islahatlarla bütün dünyanın diqqətini öz üzərində toplayan Türkiyə hərbi aviasiyası NATO-nun böyük bir layihəsinə rəhbərlik edəcək.
NATO-ya üzv ölkələrin pilotlarına təlimlər keçilməsi də bu layihə çərçivəsində həyata keçiriləcək. (ans)


Şərhlər