Menu

Yunanıstan geri çəkildi

03.02.2015, 09:53
Yunanıstan geri çəkildi

Yunanıstan beynəlxalq kreditorlardan borclarının silinməsi tələbindən imtina edib.

Financial Times qəzetinə müsahibə verən Yunanıstan Maliyyə Naziri Yanis Varoufakis kreditorların əlindəki istiqrazları yeni istiqrazlarla mübadilə etməyi təklif edib.

Yunanıstan Maliyyə Naziri Varoufakis, yeni plan çərçivəsində büdcədə profisiti yaratmağı qarşılarına məqsəd qoyduqlarını bildirib.

Yunanıstanın hazırda ümumi daxili məhsulunun təxminən 175%-nə bərabər gələn 315 milyard avro borcu var. /"marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol