Menu

Aydar batalyonu etiraz edir

03.02.2015, 10:27
Aydar batalyonu etiraz edir

Kiyevdə Aydar könüllü batalyonu özünün buraxılması qərarına etiraz aksiyası keçirib.

Kamuflyaj uniforması geyinmiş 300 nəfər fevralın 2-də Ukrayna Müdafiə Nazirliyi qarşısına toplaşıb. Aksiyadan əvvəl onlar ölkənin şərqində həlak olmuş silahdaşlarının dəfn mərasiminə qatılıblar. Hərbçilər nəqliyyatın yolunu kəsib, bəziləri nazirliyin girişində təkər yandırıb.

Nazirliyin mətbuat xidməti könüllü birləşmənin buraxılacağı barədə məlumatları təkzib edib. Qurum bildirib ki, Aydar batalyonunda "təşkilati dəyişikliklər"in heyətə hər hansı təsiri olmayacaq. Etirazçılar ərazini axşama yaxın tərk ediblər, nəqliyyatın hərəkəti bərpa olunub. Ukrayna hökuməti "könüllü" batalyonları nəzarətə almağa çalışır. Beynəlxalq insan haqları qrupları onlardan bəzilərini münaqişə zonasında cinayət törətməkdə ittiham edib. Həmin cinayətlər içində işgəncə və edam da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol