Menu

Ədliyyə naziri istefa verir

03.02.2015, 11:19
Ədliyyə naziri istefa verir

Qırğızıstanın ədliyyə naziri Almambet Şikamamatov istefa verəcəyini deyir.

Nazir fevralın 2-də AzadlıqRadiosunun qırğız xidmətinə müsahibəsində istefa planını açıqlayıb. Onun sözlərinə görə, bu addımı prezident administrasiyasının rəhbəri Daniyar Narymbaev-dən üzr istəmədiyi üçün atır.

Şikamamatov yerli qəzetlərdən birinə deyibmiş ki, baş prokuror Aida Salyanova-nın ötən ay istefa verməsinə Narymbaev-in siyasi intriqaları səbəb olub. Onun sözlərinə görə, qəzet dediklərini təhrif edib, ancaq yenə də Narymbaev-dən üzr istəməyib.

Deputatlar həmin məqaləni yazan jurnalistin fevralın 2-də parlamentdə sualları cavablandırmasını istəyiblər. Jurnalist işgüzar səfərdə olduğundan gələ bilmədiyini açılayıb.

Parlamentin koalisiya şurasının sədri Feliks Kulov bildirib ki, Shymamatov-un dedikləri Prezident Almazbek Atambaev-in nüfuzuna ziyan vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol