Menu

SOCAR qazın qiymətini qaldırır - Gürcüstanda

03.02.2015, 14:41
SOCAR qazın qiymətini qaldırır - Gürcüstanda

SOCAR Georgiya şirkəti təbii qazın qiymətini qaldıracaq.

Şirkət martın 1-dən çörəkbişirmə kombinatları istisna olmaqla bütün kommersiya şirkətləri üçün təbii qazın qiymətini 15 tetri artıracaq. Bu barədə şirkətin özü məlumat verib. buna səbəb Gürcüstan milli valyutası - larinin kursunun aşağı düşməsi olub. Martın 1-dən bütün kommersiya şirkətləri (çörəkbişirmə şirkətləri istisna olmaqla) istifadə etdikləri təbii qazın 1 kubmetri üçün ƏDV də daxil olmaqla 90 tetri ödəyəcəklər. Bu gün isə şirkətlər işlətdikləri qazın 1 kubmetri üçün 75 tetri ödəyirlər. (AzərTAc)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol