Tımçuk Donetsk morqlarının ağzınacan dolduğunu bildirib
Separatçılar Debaltsevoda gedən döyüşlərdə ağır itkilər veriblər. ANS-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə "İnformasiya müqaviməti" Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk Facebook səhifəsində yazıb. O, Donetsk vəziyyətin son dərəcə kritik olduğunu bildirib.
"Donetsk morqları ağzınacan doludur. Dərman preparatı və digər ləvazimatlar çatışmır", - deyə Tımçuk bildirib.
Gecəboyu davam edən döyüşlərdə Ukrayna ordusu da itki verib.
5 ukraynalı hərbçi dünyasını dəyişib. 23 nəfər hərbçi isə müxtəlif dərəcədə yaralanıb.


Şərhlər