Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin mətbuat katibi, general Mənsur əl-Turki ölkədə baş kəsilmə ilə edam praktikasından danışıb. Musavat.com-un məlumatına görə, bu barədə AFR telekanalı xəbər yayıb.
“Bizim praktika ilə İŞİD terrorçularının etdikləri arasında prinsipial fərq var. Səudiyyə Ərəbistanında söhbət məhkəmənin haqqında qərar qəbul elədiyi cinayət cəzasından gedir. İŞİD timsalında isə terror qruplaşmasının təşəbbüsü ilə məhkəmədən kənar haqq-hesab çəkmə halları ilə üzləşirik” – bəyan edib DİN rəsmisi.
Onun sözlərinə görə, ən yüksək cəza haqda qərarın çıxarılması məsuliyyətli işdir və burada özbaşınalığa yer olmamalıdır. “Əgər edam hüquqi prosedur gözlənilmədən həyata keçirilirsə, bu, cinayətdir – fərq eləməz, adamın başını kəsiblər, ya güllələyiblər” - əlavə edib o.
Şəriət qanunlarına görə, ölkədə zorlamaya, qətlə, dindən çıxmağa, silahlı qarətə və narkoticarətə görə edam cəzası kəsilir.
2014-cü ildə Səudiyyə Ərəbistanında 87 nəfər edam edilib.


Şərhlər