Menu

Rusiyaya Əsəddən imtina əvəzinə bahalı neft təklif olunur

03.02.2015, 22:48
Rusiyaya Əsəddən imtina əvəzinə bahalı neft təklif olunur

Rusiya Suriya prezidenti Bəşər Əsədə dəstək verməkdən imtina etsə, Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər. The New York Times-ın məlumatına bununla bağlı danışıqlar aparılsa da, hələlik heç bir nəticə əldə edilməyib.

Nəşrin yazdığına görə, ötən ilin noyabr ayında Moskva gələn Səudiyyə Ərəbistanı nümayəndə heyəti əsasən Suriya məsələsini müzakirə edib. Məlumata görə, bir sırra qeyri-rəsmi görüşlər də keçirilib. Hələlik kral Abdullanın vəfatının müzakirələrə necə təsir edəcəyi bilinmir. Səudiyyə tərəfi hesab edir ki, Rusiyaya müəyyən təsir əlatələri var. Belə ki, Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər, bununla da neftin qiyməti bahalaşacaq. Lakin bunun üçün Rusiya Bəşər Əsədi dəstəkləməkdən çəkinməlidir. (azadlıq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol