Menu

Separatçılar ilk dəfə Ukrayna ordusuna havadan zərbə endirib

04.02.2015, 08:48
Separatçılar ilk dəfə Ukrayna ordusuna havadan zərbə endirib

Luqansk separatçıları ilk dəfə Ukrayna hərbçilərinə qarşı aviasiyadan istifadə edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, separatçılara məxsus “SU-25” döyüş təyyarəsi Ukrayna ordusunun Artyomovsk-Debaltsevo magistral yolu ilə hərəkət edən maşın karvanına zərbələr endirib.

Zərbələr nəticəsində Ukrayna ordusunda itkilər barədə hələlik məlumat verilmir.

Qeyd edək Ukrayna Hərbi-Hava Qüvvələrinə məxsus “SU-25” döyüş təyyarəsi 2014-cü ilin iyul ayında separatçılar tərəfindən vurulub. Təyyarə separatçılar tərəfindən təmir edilərək istifadəyə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol