Avro dollar qarşısında bahalaşmağa başlayıb.
Dünən axşam EUR/USD cütlüyü 1.1341 dollardan 1.1533 dollaradək bahalaşıb. Hazırda beynəlxalq bazarlarda 1 avro 1.1468 dollara alınır.
Avronun bahalaşmasına, Yunanıstanın hökuməti ilə kreditorlar arasında qarşıdurmanın tezliklə qurtara biləcəyinin gözlənilməsi təsir göstərir. Belə ki, dünən Yunanıstanının maliyyə naziri Yanis Varoufakis beynəlxalq kreditorlardan borcun silinməsi tələbindən imtina etdiklərini bildirmişdi. Yunan maliyyə naziri kreditorların əlindəki istiqrazları yeni istiqrazlar ilə mübadilə etməyi təklif edib. Ölkənin Avro Bölgəsindən çıxması təhlükəsinin sovuşması Avroya müsbət təsir edir. /"marja"


Şərhlər