Səudiyyə Ərəbistanında Kral Abdullahın ölümünün ardından başsağlığı mərasimləri davam edir.Ailem.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin yeni kralı Salman başsağlıqlarını qəbul etmək üçün maraqlı üsula əl atıb.
Belə ki, kral özünün və iki nümayəndəsinin kardondan hazırlanmış maketlərini ölkənin müxtəlif məkanlarından yerləşdirib. Bu maketlərin arxasında isə 3 nəfər adam dayanıb. Kral ailəsinə başsağlığı vermək istəyən şəxslər həmin maketlərin önündən keçərək, yeni “kral”ın və onun “vəkillərinin” əlini sıxır.


Şərhlər