Menu

“Girovlar Azərbaycana qaytarılmalıdır” – Amerikalı həmsədr

04.02.2015, 17:48
“Girovlar Azərbaycana qaytarılmalıdır” – Amerikalı həmsədr

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Kəlbəcərə doğmalarının məzarlarını ziyarət etmək üçün gedərkən Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin gələcək taleyi ilə bağlı açıqlama verib. Modern.az bildirir ki, Uorlik İctimai Televiziyanın sorğusuna cavabında deyib: “Biz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmasına çağırırıq”.

Ceyms Uorlik onu da vurğulayıb ki, bu addım münaqişə tərəfləri arasında gərginliyin azaldılmasına xidmət edə bilər: “Bu cür humanist addım tərəflər arasında etimadın yaranmasına və gərginliyin azalmasına yardım edə bilər. Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan Bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəliblər. Ümid edirik ki, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol