Menu

Kraldan sərt İŞİD bəyənatı

04.02.2015, 19:49
Kraldan sərt İŞİD bəyənatı

"Pilotun qətlə yetirilməsi xəbərini böyük hiddətlə qarşıladıq." Dünya İordaniya Kralı özünü “İraq və Şam İslam dövləti” adlandıran qruplaşmanı (İŞİD) İslamla heç bir əlaqəsi olmayan qorxaq və kriminal terrorçu təşkilat adlandırıb. ANS-in məlumatına görə, İordaniya Haşimilər Krallığının başçısı II Abdulla ölkənin Hərbi Hava Qüvvələrinin əsir götürülmüş pilotu Muaz əl-Kasasbeyə İŞİD silahlıları tərəfindən dəhşətli divan tutulmasından sonra belə bir bəyanatla çıxış edib. Kral deyib: “Biz onun qorxaq terrorçu təşkilatın silahlıları tərəfindən qətlə yetirilməsi xəbərini böyük hiddət və kədərlə qarşıladıq”.

İşgəncə ilə qətlə yetirilən qəhrəmanın ailəsinə və İordaniya xalqına başsağlığı verən Kral II Abdulla bildirib ki, M.Kasasbe öz vətənini, xalqını və etiqadını müdafiə edərək əsl qəhrəman kimi şəhid olub və “bu çətin anlarda bizim borcumuz birləşərək üzləşdiyimiz çətinliklərə və təhdidlərə qarşı mübarizə aparmaqdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol