Menu

Azərbaycan nefti bahalaşmaqda davam edir

05.02.2015, 10:34

brent-petrol-wti-nymex-futures-fiyat-oil-priceAzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar azalaraq 48,33 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,11 dollar artaraq 54,27 dollar olub.

Fevralın 4-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 58,34 dollara satılıb. Bu, fevralın 3-də qeydə alınmış qiymətdən 0,08 dollar çoxdur. Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol