Menu

Bakıda modalar evində dəhşət: qadın öldürüldü

05.02.2015, 11:14
Bakıda modalar evində dəhşət: qadın öldürüldü

Qısqanc oğul dərzi işləyən anasını qətlə yetirdikdən sonra qaçıb

Bakıda daha bir qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB və Qusar RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də axşam saatlarında Ə.Vahid küçəsi yerləşən modalar evində dərzi işləyən anası, 1967-ci il təvəllüdlü Sevinc Əliyevanı qısqanclıq zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, borclu kimi axtarışda olan, 1992-ci il təvəllüdlü Elnur Əliyev Qusar Sərhəd Keçid Məntəqəsində müəyyən olunaraq tutulub.

Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol