Menu

Bakının mərkəzində KÜTLƏVİ DAVA: yaralılar və həbs edilənlər var

05.02.2015, 11:39
Bakının mərkəzində KÜTLƏVİ DAVA: yaralılar və həbs edilənlər var

Hadisədə iştirak etmiş 4 nəfər həbs edilib

Bakının mərkəzində gecə saatlarında kütləvi dava-dalaş olub. Bakı şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, fevralın 4-də saat 00.50 radələrində, 28 may küçəsində Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyevə və 1986-cı il təvəllüdlü Rəşad Mustafayevə bıçaqlanıb. Onlara xəsarət yetirməkdə şübhəli bilinən, Neftçala rayon sakinləri – 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq tutulub.

Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol