Nigeriya sahillərində dəniz quldurları Yunanıstana məxsus olan vəı Malta bayrağı altında üzən neft tankerini ələ keçiriblər. Virtualaz.org saytı “Frans press” agentliyinə istinadən xəbər verir ki, piratlar sürətli qayıqlarla tankerə fevralın 5-nə keçən gecə hücum ediblər. Atışma zamanı tankerin kapitanının baş köməkçisi həlak olub.
Tankerin 23 heyət üzvünün, o cümlədən 10 Yunanıstan vətəndaşının girov saxlanıldığı bildirilir. Heyət üzvlərinin qalanlarının hansı ölkə vətəndaşları olduqları hələ məlum deyil.
Hazırda tanker lövbər salıb və onu ələ keçirən dəniz quldurlarının tələbləri haqda məlumat yoxdur.
Yunanıstan gəmiçilik xidmətindən bildiriblər ki, “Kalamos” adlı tanker Çindən yola çıxmışdı və Nigeriyanın şimal-şərqindəki terminaldan ABŞ-ın “ExxonMobile” şirkətinin istismarında olan yataqlardan hasil olunan nefti yükləmək üçün getmişdi.
Tanker nefti yükləyib açıq dənizə çıxandan sonra piratlar ona hücum ediblər. Dəniz quldurları tankerin göyərtəsində çəkdirdikləri fotoları da yayıblar.


Şərhlər