Menu

NATO çevik reaksiya qüvvələrinin sayını iki dəfə artırır

05.02.2015, 13:12
NATO çevik reaksiya qüvvələrinin sayını iki dəfə artırır

“Yüksək hərbi hazırlıqlı qrup təxminən 5 min nəfərdən ibarət olacaq”.

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, üzv ölkələrin nazirləri Brüsseldə görüş zamanı reaksiya qüvvələrinin iki dəfə artırılmasına dair qərar qəbul edəcəklər, oxu.az RİA Novosti-yə istinadən xəbər verir.

“Bu, bizim reaksiya qüvvələrimizin möhkəmləndirilməsidir. İndiki say 13 mindir. Mən ümid edirəm ki, nazirlər 30 minə yaxın qüvvələrə dair qərar qəbul edəcəklər”, - o, iclasdan öncə deyib.

Bundan başqa o qeyd edib ki, yüksək hərbi hazırlıqlı qrup təxminən 5 min nəfərdən ibarət olacaq.

Bununla yanaşı, Stoltenberq Rusiyanın DİN rəhbəri Sergey Lavrov ilə bu həftə Münhendə təhlükəsizlik üzrə konfrans çərçivəsində görüşməyi planlayır.

“Mən Münhendə bir neçə görüş keçirəcəm. Mən vitse-prezident Bayden ilə, prezident Poroşenko, Lavrov və digərləri ilə görüşəcəm. Mənim xarici işlər naziri Lavrov ilə görüşüm Rusiya ilə siyasi əlaqələrimizin tərkib hissəsidir”, - o, vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol