ABŞ ATƏT-in Minsk Qrupu (MQ) çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirir. Musavat.com-un məlumatına görə, bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, MQ Qarabağ nizamlanmasında pis-yaxşı bütün tərəfləri qane edən yeganə formatdır. Uorlikə görə, MQ-nin üç həmsədr (ABŞ, Fransa və Rusiya) formatında fəaliyyəti Rusiya-ABŞ münasibətlərindəki gərginliyə baxmayaraq, davam edəcək.
“Biz rusiyalı həmkarlarımızla üz-üzə görüşür, konfliktin həlli ilə bağlı işləri həyata keçiririk. MQ ABŞ-Rusiya əməkdaşlığının aspekti olaraq qalır. Ümid edirəm ki, gələcəkdə də belə olacaq. Biz şübhəsiz ki, on illiklərdir davam edən konfliktin həllinə çalışırıq” - əlavə edib amerikalı diplomat.


Şərhlər