Menu

ABŞ Ukraynaya 1 milyard dollar ayırır

05.02.2015, 22:16
ABŞ Ukraynaya 1 milyard dollar ayırır

ABŞ Ukrayna hökumətinə islahatların inkişafı üçün 1 milyard dollar ayırmaq niyyətindədir.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib. Onun sözlərinə görə, ABŞ gələcəkdə qeyd olunan məbləğdən əlavə Ukrayna hökumətinə daha 1 milyard dollar həcmində maliyyə yardımı edəcək.

“Biz islahatların inkişafı üçün Ukrayna hökumətinə 1 milyard dollar ayırırıq və bəyan edirik ki, Ukrayna hökumətinə əlavə 1 milyard dollar həcmində maliyyə yardımı ayırmaq niyyətindəyik” - deyə Kerri bildirib (APA).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol