Menu

Bakı metrosunda nasazlıq - Qatar depoya göndərildi

06.02.2015, 09:34
Bakı metrosunda nasazlıq - Qatar depoya göndərildi

Bu gün səhər 08:14-də metronun "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən 25 saylı marşrutun qapılarında nasazlıq yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, sərnişinlər "Azadlıq prospekti" stansiyasında düşürdülüb qatar depoya göndərilib.

"Gənclik" stansiyasında təlimatçı nasazlığı aradan qaldırıb və qatar normal hərəkətini bərpa edib.

Qrafikdə gecikmə olmayıb. (APA)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol