Menu

Usubovdan Abşeron polisi ilə bağlı əmr

06.02.2015, 18:57
Usubovdan Abşeron polisi ilə bağlı əmr

Abşeron rayon Polis şöbəsinə idarə statusu verilib. Bununla bağlı Daxili İşlər naziri Ramil Usubov əmr verib. Həmin əmrə əsasən, iki müavin və bölmə rəislərinin rütbəsi qaldırılıb.

Xatırladaq ki, bir neçə ay öncə Axar.az Abşeron rayonunda fəaliyyət göstərəcək polis bölmələrinin sayının 4-ə çatdırılacağını yazmışdı. Xəbərdə Mehdiabaddan sonra Hökməli və Masazır qəsəbəsində, həmçinin, Xırdalan şəhərində polis bölmələri yaradılacağı, bundan sonra isə Abşeron RPŞ-yə idarə statusu veriləcəyi bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol