Menu

Rusiyada mətbuat böhranı: Qəzetlərin 20 faizi bağlana bilər

06.02.2015, 19:23
Rusiyada mətbuat böhranı: Qəzetlərin 20 faizi bağlana bilər

“İlin sonunadək hökumətin KİV-lərlə bağlı düşünülməmiş qərarlarına görə, Rusiyadakı mövcud kütləvi informasiya vasitələrinin təxminən 20 faizi bağlana bilər”.

İnterfaksın məlumatına görə, bunu Moskva Jurnalistlər İttifaqının rəhbəri Pavel Gusev fevralın 6-da Moskva Dövlət Universitetinin jurnalistika fakultəsində keçirilən konfransda deyib.

O qeyd edib ki, təkcə son 3 il 6 ay ərzində KİV haqqında qanuna zidd olan 100-ə yaxın düzəliş qəbul edilib.

O bildirib ki, bir sıra regionlarda abunə 80-90 faiz aşağı düşüb ki, nəticədə abunə ilə yaşayan bir çox regional qəzetlər bağlanıb.

Gusev həmçinin son ilyarım ərzində qəzet köşklərinin təxminn 40 faizinin bağlandığını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol