Milyonlarla manat dəyəri olan bazarın “su qiymətinə” özəlləşdirilməsində ciddi qanun pozuntularına yol verilib
Əmlak Məsələləri Dövlət Komitəsi “Vosmoy” bazarının özəlləşməsində kompleks qanun pozuntusuna yol verib. Bunu afn.az-a açıqlamasında özəlləşdimə üzrə ekspert Hafiz Babalı deyib. Onun sözlərinə görə, dövlət obyektinin özəlləşdirilməsi zamanı bir sıra ciddi qanun pozuntularına yol verilib: “Qanunvericiliyin tələbinə əsasən, investisiya müsabiqəsinə çıxarılan əmlak 100 faizlə çıxarılmır: “Ən azından onun 25 faizi çıxarılır, yerdə qalan hissənin dövlətsizləşməsində digər özəlləşdirmə metodlarından istifadə olunmalıdır. Bunlar isə bazarın 99,99 faizə yaxın hissəsini investisiya müsabiqəsinə çıxarıblar.
312 min manat Bakıda bir mağazanın qiymətidir
[caption id="attachment_92737" align="alignleft" width="300"]

Üstəlik də bunu bir investora veriblər. Çox ciddi qanun pozuntusudur. İkincisi, qoyulan qiymət hansı meyarla müəyyən olunub? 312 min manat Bakıda bir mağazanın qiymətidir. Əvvəla, müəyyən olunmalı idi ki, “Vodmoy” investisiya müsabiqəsinə çıxarılmalıdırmı? Hansı meyarla müəyyən olunub ki, obyekt investisiya müsabiqəsinə getməli idi?
Baxın, bu qədər müəssisələr özəlləşdirməyə çıxarılır, digər özəlləşdirmə şəklində. Burda isə gündəlik gəlir gətirən bazar investisiya müsabiqəsinə çıxarılıb. Nə baş verir? Bu özəlləşdirmə nəticəsində büdcəyə ödənilən cəmi 312 min manat olacaq. Eyni zamanda naməlum saxlanan fiziki şəxs-investor deyib ki, müəssisəyə 1 milyon pul qoyacaq. Bu müəssisəyə qoyduğu pul kimindir, həmin şəxsin özünün. Deməli, bu adam, pulu bir cibindən götürüb digər cibinə qoyacaq. Çünki orda başqa investor yoxdur”.
H.Babalı “Qaradağsement”in özəlləşməsi prosesini misal çəkərək bildirir ki, bu prosesdə qayda-qanun necədir: “Holcim” gətirdi ora böyük sərmayə yatırdı, halbuki orada səhmdarlar da vardı. İndi o səhmdarların hər biri payını götürür. Burda isə özəlləşdirmə çox qara yollarla aparılıb. Ondansa yaxşı bir qiymət qoyub pul hərracına çıxara bilərdilər. Dövlət büdcəsinin ehtiyaclı vaxtında pul gələrdi. Əgər bazarın nizamnamə kapitalı 1 milyon qiymətləndirilibsə, bu o deməkdir ki, real qiymətdən qat-qat aşağı vəsaitdən söhbət gedir. Ora çox yaxşı qiymət qoymaq olardı. Yəni qiymətləndirmə düzgün aparılmayıb. Dövlət əmlakının qiymətləndirilməsi haqqında ölkə başçısının fərmanına görə orada bazar qiyməti tətbiq olunmalı idi”.

Orada işləyənlərin hüquqları pozulub, onlara 15 faizlik səhm paketi satılmayıb

Bütün təkliflər açıqlanmalı idi, özəlləşdirmə komissiyası çox qeyri-şəffaf işləyib

7-8 ildir baş nazirliyin sədrliyi ilə yaranan Özəlləşməyə Nəzarət üzrə Dövlət Komissiyasının fəaliyyətsizliyi də bu cür hallara rəvac verir. H.Babalının sözlərinə görə, bu prosesdə hüququ tapdanan vətəndaş hara müraciət edəcəyini bilmir: “Çünki bu komissiyanın əsasnaməsi hələ təsdiq olunmayıb, baxmayaraq ki, prezident bunun üçün baş nazirə 2, ya 3 ay vaxt vermişdi. Burada qanun və hüquqların kompleks pozuntusu var. Ona görə də Kərəm Həsənov atını istədiyi tərəfə çapır”.
Bazarın təzə sahibi də köhnə müdirdir?

Əmlak Komitəsi: “Yeni sahib adının açıqlanmasını istəmir”
[caption id="attachment_92739" align="alignleft" width="300"]

Bu arada mətbuatda səslənən iddialara Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov açıqlama gətirib. Modern.az saytına danışan mətbuat katibi bildirib ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi 2-ci dövlət proqramına əsasən investisiya müsabiqəsi ilə həyata keçirilir. Bununla bağlı bütün qanunvericilik prosedurlarına əməl olunur: “Eyni zamanda, “8-ci km Ticarət Mərkəzi” də tam şəffaflıq və aşkarlıq şəraitində özəlləşdirilib. Əvvəlcədən qanunvericiliyə əsasən investisiya müsabiqəsi elan olunub. Bu haqda həm komitənin saytında, həm də mətbuatda məlumat verilib”.
O qeyd edib ki, bu elanda həmin müəssisənin bütün texniki paramertləri, balans dəyəri, göstəriciləri, sahəsi, profili, işçilərin sayı, iqtisadi vəziyyəti və s. qeyd olunur: “Eyni zamanda, investisiya müsabiqəsinin elanında qalib olmaq üçün investorlara müvafiq şərtlər qoyulur. Burada əməkhaqqı borclarının ödənilməsi, eyni zamanda abadlaşdırma, iqtisadi şətrlər əsas götürülür. Təbii ki, investisiya müsabiqəsini digər dövlət orqanları ilə birgə invesitisiya komissiyası təşkil edir. Bu komissiyanın qalibi açıq səsvermə ilə həyata keçirilib.
Bir ay əvvəldən elan verilib. Daha sonra komissiya üzvləri toplaşıb, açıq səsvermə yolu ilə də qalib müəyyən olunub. Bu, fiziki şəxsdir, adının elan olunmasını istərmir. Mətbuatın niyə maraqlı olduğunu anlamıram. Bu da digərləri kimi sıradan bir müəssisədir. Nəticələr barədə müvafiq məlumatlar verilib”.
Bazarı dolayısı ilə Kərəm Həsənovun özü alıb?
[caption id="attachment_92741" align="alignleft" width="300"]

Q.Xəlilovun sözlərinə görə, bəzi mətbuat orqanlarının “8-ci km Ticarət Mərkəzi”nin özəlləşdirilməsində şübhəli məqamların olduğu ilə bağı yazdıqları tam yalandır: “Biz tam şəffaflıq şəraitində fəaliyyət göstəririk”.
Bazarı dolayısı ilə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun almasına isə komitə rəsmisi belə cavab verib: “Bundan heç söhbət də gedə bilməz. Bir daha qeyd edirəm, bu sıradan bir müəssisədir. Niyə ajiotaj yaradılmağa çalışılır, sensasiya axtarılır, anlaşılan deyil”.
“Qalibin kimliyi mütləq şəkildə ictimaiyyətə açıqlanmalıdırmı” sualına cavab olaraq Qulu Xəlilov deyib ki, qalib adi fiziki şəxsdir: “Onun adının bilinməsi nəyə görəsə üstünlük qazandıracaqmı? Şəxs adının mətbuatda hallanmasını istəmir. Şirkət olsa idi bəli, marağa səbəb olardı, adi fiziki şəxslə niyə bu qədər maraqlanırlar? Bir daha deyirəm ki, hər şey tam şəffalıq şəraitində həyata keçirilib. Kim istəyirdi, kimə maraqlıydısa, gəlib iştirak edərdi”.
Qeyd edək ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafıq olaraq Dövlət Komitəsi “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investor müəyyən olunub. Qalib şəxsin kimliyinin açıqlanmaması isə müxtəlif söz-söhbətə səbəb olub.
Bazarın sahibi sabiq merin oğludur?..
[caption id="attachment_92747" align="alignleft" width="259"]

Qalmaqallı bazarda olan əməkdaşımız isə maraqlı məqamlar üzə çıxarıb. Bazarda çalışanlarla söhbət zamanı bildirilib ki, obyektin təkcə torpağının qiyməti minimum 3-4,5 milyon manat edir.
Satıcılar afn.az-aonu da bildiriblər ki, obyektin özəlləşməsində maraqlı deyillər. Çünki hər gələn özü ilə təzə qaydalar, yeni qiymətlər gətirir: “Buradan minlərlə adam dolanır. Zəhmətlə pul qazanırıq. Təkcə bu 20 kv.m-lik yer üçün ayda 1270 manat yer pulu ödəyirəm. Hələ işıq pulu və digər çıxarlarımı da hesablayanda, ayıma 2 min manat xərcim çıxır”.
Maraqlıdır ki, bazarda işləyənlər obyektin əsl sahibinin sabiq Bakı meri, mərhum Rəfail Allahverdiyevin oğlu olduğunu, buranın onun tərəfindən idarə olunduğunu bildiriblər.
...yoxsa tanınmış iş adamının oğlu?

Birincisi, Azrbaycanda Rasim Qurbanov adında milyonçu biznesmenin olduğunu yəqin ki, çox az adama məlumdur. Ancaq hətta Rasim Qurbanovun iddia edildiyi kimi tanınmış olması belə dəyəri milyonlarla manat olan dövlət əmlakının onun oğluna "su qiymətinə" verilməsinə səbəb ola bilməz.
İkincisi, əgər bazarı doğurdan da iddia edidiyi kimi biznesmen olan Rasim Qurbanovun oğlu özəlləşdiribsə, nədən adının bu dərəcədə gizli saxlanılmasına çalışıb? Və nəyə görə, təkcə torpağının qiyməti minimum 3-4,5 milyon manat olan bazar sıradan bir iş adamına 312 min manata verilib?
Bəlkə ona görə ki, bazarın real sahibi başqa adamdır? Və yaxud milyonlarla manat dəyəri olan dövlət əmlakını necə, hansı sehrli çubuğun köməyi ilə 312 min manata özəlləşdirdiyi sualı ilə qarşılaşmaq istəmir?
Murad Məmmədov
AzPolitika.info

Şərhlər