Menu

Türkiyədən İsrailə sərt etiraz

07.02.2015, 13:00
Türkiyədən İsrailə sərt etiraz

Çavuşoğlu İsrailə görə Münhen Konfransına qatılmayıb

Türkiyə ilə İsrail arasında siyasi böhran davam edir. Növbəti gərginlik Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında yaşanıb. ANS-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail nümayəndə heyəti ilə birgə sessiyaya qatılmaq istəmədiyini bildirərək konfransı tərk edib.

M.Çavuşoğlu Berlində jurnalistlərə bildirib ki, mən konfransa qatılmağa hazırlaşırdım, ancaq Yaxın Şərq sessiyasına İsrail nümayəndə heyətinin də daxil edilməsi bizi qərarımızı dəyişdirmək məcburiyyətində qoydu.

O deyib: "Bu qərarın Türkiyə-Almaniya münasibətlərinə heç bir aidiyyatı yoxdur.

Xatırladaq ki, prezident Rəcəb Tayyip Ərdoğanın hakimiyyəti dövründə Türkiyə-İsrail münasibətləri Fələstin məsələsinə görə vaxtaşırı pisləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol