Menu

“Erməni məsələsində mövqeyimiz dəyişməzdir...” - ABŞ səfiri

07.02.2015, 14:16
“Erməni məsələsində mövqeyimiz dəyişməzdir...” - ABŞ səfiri

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Türkiyənin NTV kanalına müsahibəsində uydurma erməni soyqırımının yaxınlaşan 100 illiyi məsələsinə münasibət bildirib. Musavat.com-un məlumatına görə, diplomat aprelin 24-də Amerika prezidenti Barak Obamanın erməni toplumuna ənənəvi müraciətində hansı ifadəni işlədəcəyini söyləməyin çətin olduğunu söyləyib.

“Ancaq onu deyə bilərəm ki, bizim siyasətimiz dəyişməyib: biz inanırıq ki, 1915-ci ildəki qətliam və faciənin səmimi və ədalətli etirafı türk və erməni xalqlarının, həmçinin də həmin illərdə zərər çəkənlərin sonrakı nəsillərinin maraqlarına uyğundur”, - deyə səfir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol