Menu

“Rusiya 2008-ci ildəki kimi cəzasız qalmayacaq...” - ABŞ

07.02.2015, 19:20
“Rusiya 2008-ci ildəki kimi cəzasız qalmayacaq...” - ABŞ

ABŞ özünün Avropadakı müttəfiqləri ilə birgə bütün dünya üzrə tərəfdaşlar koalisiyasını ona görə yaradıb ki, Rusiya Ukraynaya etdiyi təcavüzə görə yüksək iqtisadi və siyasi qiymət ödəsin.

Rusiyanın Gürcüstana müdaxilə elədiyi və cəzasız qaldığı 2008-ci ildən əsas fərq də bundadır. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Süzan Rays “Amerikanın səsi”nə müsahibəsində bildirib. “Rusiyanın Ukraynaya qarşı təcavüzü – alçaq və oturuşmuş beynəlxalq hüquq və normalara ölümcül təhdiddir”, - deyə o qeyd edib.

Raysın sözlərinə görə, tərəfdaşların koalisiyası olmasaydı, Rusiya Ukraynaya qarşı təcavüzünə görə çətinliklər hiss eləməzdi. “Heç şübhə yox ki, bizim səylərimizin, diqqət və resurslarımızın böyük hissəsi özünü indi oldquca aqressiv və hədələyici tonda aparan Rusiyanı durdurmağa yönələcək” - əlavə edib Rays.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol