Menu

Merkel ABŞ-a gedir

09.02.2015, 11:28
Merkel ABŞ-a gedir

Vaşinqtonda Ukrayna məsələsi müzakirə olunacaq

Almaniyanın kansleri Angela Merkel bu gün Vaşinqtona səfərə gedir. O, prezident Barak Obama ilə Ukrayna münaqişəsinə dair danışıqlar aparacaq. ANS-in məlumatına görə, səfər ərəfəsiondə Almaniya hökuməti bildirib ki, Almaniya, Fransa, Ukrayna və Rusiya fevralın 11-də Minskdə Ukrayna böhranı üzrə sammit keçirəcək. Bu planın elanından əvvəl A.Merkelin Fransa, Ukrayna və Rusiya prezidentləri ilə "ətraflı" telefon danışığı olub.

A.Merkel Vaşinqtonda ABŞ-ın Ukraynanı silahlandırmaq çağırışlarına Almaniyanın qarşı çıxdığını bir daha bəyan edəcək.

Xatırladaq ki, Almaniyanın qadın ledisi ötən həftə Münhendə keçirilən təhlükəsizlik konfransında deyib: "Bu münaqişənin hərbi yolla həllinə inanmıram."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol