“Rusiyanın təcavüzünü dəf etmək üçün, Ukraynaya Qərbin böyük dəstəyi lazımdır”
"Prezident Barak Obama Ukraynanın ABŞ tərəfindən müdafiə silahları ilə təmin olunması barəsində ona edilən təkliflərə hələlik razılıq verməsədə, ancaq bu məsələ öz təsirini göstərib". "AzPolitika.info" nun məlumatına görə bu haqda "The Washington Post"da çıxan məqalədə bildirilib.
Yazıda daha sonra qeyd edılir: "6 fevral tarixində Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Fransua Olland məsələnin sülh yolu ilə həll olunması üçün Vladimir Putinlə görüşmək məqsədli ilə Moskvaya getmişdilər. Anqela Merkelin qəfildən Moskvaya getmək qərarına gəlməsi və Kremllə razılıq əldə etmək istəyi Rusiyanın mövqeyinin yumşalması ilə deyil, daha çox Avropanın narahatçılığı ilə bağlıdır.
Moskva görüşlərinin yekununu həlledici adlandırmaq olmaz. Lakin şübhə yoxdur ki, Putin öz qonaqlarını əvvəlki güc siyasətini davam etdirəcəyi mövqeyini pozmadan qarşıladı. Avropalılardan fərqli olaraq, Putini münaqişənin gərginləşməsi demək olar ki, qətiyyən narahat etmir. Ona görə ki, o yüzlərlə tank və döyüş komplekslərini və həmçinin də rus hərbçilərini Ukraynanın şərqinə yenicə göndərib.

Hazırda Merkel Ukrayna ordusuna silah göndərilməsinin qəti əleyhinədir. Almaniya hesab edir ki, ABŞ-ın Ukraynaya çatdıracağı silahlar yeni gərginlik dalğasının yaranmasına və döyüşlərin bir qədər də amansızlaşmasına gətirib çıxaracaq. Almaniyalı diplomatların sözlərinə görə, onlar ümid edirlər ki, Anqela Merkel vasitəçilik yolu ilə Ukrayna prezidenti Petro Poroşenkonu və Vladimir Putini sülh sazişi imzalamağa məcbur edə biləcək.
Qərbin dəqiq formalaşmış təklif və istəklərinin Rusiyaya çatdırılması şərtləri altında, Putinlə danışıqlar aparılmasında qəbahətli bir şey yoxdur. Rusiya öz hərbçilərini və silahlarını Ukrayna ərazisindən çıxarmalı və sərhədləri beynəlxalq nəzarətin ixtiyarına ötürməlidir. Əks təqdirdə bundan sonra Rusiya daha sərt iqtisadi sanksiyalarla üzləşəcək, Ukrayna isə yeni müasir silahlarla təchiz ediləcək".

Rusiya bu krizisdə böyük bədəl ödədi... Biz diplomatik çözümdən yanayıq. Lakin onlar nəticə verməsə, biz Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcəyik. Biz Putinin Ukrayna məsələsindəki qərarlılığını dəyişdirmək üçün digər seçənəkləri də masaya yatıracağıq. Ukraynaya silah yardımı mövzusunu da müzakirə etdik. Lakin hələlik bir qərara varmadıq. Digər müttəfiqlərimizlə də bu mövzuda müzakirələr aparıb, paket variant hazırlayacağıq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, Ukrayna böhranı həll edilsin ".
Xanım Merkel də bildirib ki, onlar Ukraynanın torpaq bütövlüyü prinsipindən kənara çəkilməyəcəklər: "Hələlik addım sayıla biləcək heç bir nəticə yoxdur. Əsas çalışdığımız budur ki, Ukraynanın şərqində atəşkəsə nail olaq".
Vaqif Nəsibov
AzPolitika.info

Şərhlər