Menu

Qərbdən Rusiyaya növbəti zərbə (VİDEO)

10.02.2015, 01:45
Qərbdən Rusiyaya növbəti zərbə (VİDEO)

 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. ANS TV-nin “Reutesr” agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın xarici işlər naziri Loran Fabiusa verdiyi açıqlamada bildirib ki, Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə bu gün keçirilən iclasda Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyiblər.

Rusiya vətəndaşlarının və Donbassda rusiyayönümlü qüvvələrin nümayədələrinin yer aldığı “qara siyahı”nın genişləndirilməsi haqqında qərar qəbul edilsə də, sanksiyalar dərhal qüvvəyə minməyəcək.

Sanksiyaların tətbiqi Donbassdakı münaqişənin həlli ilə bağlı anlaşmaların həyata keçirilməsindən asılı olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol