Menu

UEFA-dan "Qarabağ"la bağlı qəribə "əsaslandırma"

10.02.2015, 01:58
UEFA-dan "Qarabağ"la bağlı qəribə "əsaslandırma"

UEFA-nın "Qarabağ" - "İnter" oyunu ilə bağlı meydan sahibi komandanın verdiyi şikayəti qəbul etməməsinin səbəbi bəlli olub.Gün.Az xəbər verir ki, bu barədə təmsilçimizin vəkili Qurur Qayə Günal məlumat verib.

Hüquq müdafiəçisi feysbuk profilində bunları yazıb: "Dəyərli dostlar UEFA əsaslandırmasını açıqladı. Oyundankənar vəziyyəti dəyərləndirmək hakimin qərarıdır. Matçın 48 saniyə erkən bitdiyinə dair də dəlilin olmadığını bildiriblər. Hamımız birlikdə izləyək, qol epizodundan sonra matça davam edildimi? Videoyazılardan daha açıq dəlil ola bilərmi? Deyəsən, UEFA bizimlə eyni oyunu izləməyib. Sabah (bu gün - red.) apelyasiya şikayəti verəcəyik!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol