Menu

BMT:Məcburi köçkünlərin sayı 1 milyona yaxınlaşır

10.02.2015, 08:54
BMT:Məcburi köçkünlərin sayı 1 milyona yaxınlaşır

Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 5 486 nəfər həlak olub, 12 972 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir.

“Son bir həftə ərzində hərbi əməliyyat zonasında 263 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb”, - deyə hesabatda bildirilir.

BMT-nin hesablamalarına görə, münaqişə başladığı dövrdən 978 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol