Menu

"Rusiya iki dəfə Ukraynanın ərazi bütövlüyünü pozub" - Merkel

10.02.2015, 09:05
"Rusiya iki dəfə Ukraynanın ərazi bütövlüyünü pozub" - Merkel

Avropada stabillik, o cümlədən Ukraynanın suverenliyinin bərpa edilməsini nəzərdə tutur. APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Almaniyanın kansleri Anqela Merkel bəyan edib.

Onun sözlərinə görə, Rusiya iki dəfə, Donbasda və Krımda Ukraynanın ərazi bütövlüyünü pozub. Angela Merkel həmçinin qeyd edib ki, Avropa İttifaqı və ABŞ münaqişənin diplomatik yolla nizamlanması istiqamətində səylərini davam etdirəcəklər. Almaniya kansleri bir daha bildirib ki, Ukraynanın şərqindəki böhran hərbi yolla həll edilə bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol