ABŞ bankı “Citi”nin əmtəə bazarları üzrə qlobal araşdırma departamentinin rəhbəri Ed Morse, neft bazarındakı təklif çoxluğunu nəzərə aldıqda qiymətlərin aşağı düşməsinin hələ başa çatmadığını bildirib.
Morze, neftin barrelinin qiymətinin 20 dollara qədər enə biləcəyinə işarə edib. Analitik, “Neft qiymətlərinin aşağı düşməsinin başa çatdığını demək mümkün deyil. Bazardakı ifrat təklif səbəbindən xam neftin qiyməti 40 dollardan da aşağı, bir müddət 20 dollara qədər düşə bilər” deyib.
Morse, “Neft qiymətləri birinci rübün sonu, ikinci rübün əvvəlində 40 dollarlar ətrafında olacaqdır”, - deyə davam edib.
“Citi”, Brent neftinin 2015-ci il üzrə qiymət proqnozunu 54 dollara endirib, daha əvvəlki proqnoz 63 dollar səviyyəsində idi. /"marja"

Şərhlər